Azərbaycan 15 mln. dollarlıq süd idxal edib

Azərbaycan 15 mln. dollarlıq süd idxal edib
24 Noyabr-11:25

Azərbaycan bu ilin yanvar-oktyabr ayları ərzində 15 milyon dollar dəyərində 8.3 min ton süd idxal edib.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 33.7% artıb.

Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0.13%-ni təşkil edib.