Azərbaycan 2,3 mlrd. dollarlıq qeyri-neft məhsulları ixrac edib

Azərbaycan 2,3 mlrd. dollarlıq qeyri-neft məhsulları ixrac edib
04 Noyabr-16:17

Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri bu ilin yanvar-oktyabr aylarında 2 385,99 mln. ABŞ dolları təşkil edib.

"Margin.az" İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 16,2% çoxdur.

Məlumata görə, təkcə cari ilin oktyabr ayında isə qeyri-neft ixracının dəyəri illik ifadədə 10,5% artaraq 269,15 mln. ABŞ dollarını ötüb.

Əlavə edək ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı əvvəlki illə müqayisədə 47,2% artaraq 2 713,40 mln. ABŞ dolları təşkil edib.