Azərbaycan “3+3”platformasında ən aşağı inflyasiyaya malikdir

Azərbaycan “3+3”platformasında ən aşağı inflyasiyaya malikdir
13 Oktyabr-19:30

COVİD-19 pandemiyası dövründə qlobal tələbin azalması və neft qiymətlərinin ucuzlaşması inflyasiyanı yavaşdıb. Lakin bu il məhdudiyyətlər yumşaldıqca qlobal iqtisadi canlanma fonunda tələb artmağa təklif isə azalmağa başlayıb. Bu da inflyasiyanın yüksəlməsinə səbəb olur. Eyni zamanda, tədarük zəncirində problemlərin yaranması, bazarlarda təklifin az olması, əmtəə qiymətlərinin yenidən artması, qlobal ərzaq məhsullarının qiymətinin bahalaşması istehlak qiymətlərinin artmasında təsirli olub.

"Margin.az" xəbər verir ki bu barədə Beynəlxalq Valyuta Fondunun "World Economıc Outlook" hesabatının oktyabr buraxılışında qeyd olunub.

Hesabata görə, Azərbaycan Qafqaz ölkələri arasında ən aşağı inflyasiya səviyyəsi olan ölkədir.

İnflyasiya

2021-ci il

2022-ci il

Azərbaycan

4.4%

3.2%

Türkiyə

17%

15.4%

Rusiya

5.9%

4.8%

Gürcüstan

9.3%

5.4%

İran

39.3%

27.5%

Ermənistan

6.9%

5.8%