Azərbaycan 432 mln. dollarlıq əczaçılıq məhsulları alıb

Azərbaycan 432 mln. dollarlıq əczaçılıq məhsulları alıb
22 Sentyabr-18:54

Azərbaycana bu ilin yanvar-avqust aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 432,1 milyon dollar təşkil edib.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2% çoxdur.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 4,87%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 384 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib