Azərbaycan 5 ölkəyə 2,2 milyard dollarlıq neft satıb

Azərbaycan 5 ölkəyə 2,2 milyard dollarlıq neft satıb
20 Mart-14:28

Azərbaycan ötən 2 ayda 5 ölkəyə - İtaliya (1,1 milyard dollar), İsrail (331,5 milyon dollar), İspaniyaya (273,8 milyon dollar), Almaniya (248,8 milyon dollar), Hindistana (201,9 milyon dollar) ümumilikdə 2,2 milyard dollarlıq neft satıb.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ölkənin neft ixracından ümumi qazancı isə 3,2 milyard dollar dəyərində olub. 

Əlavə edək ki, hazırda İtaliya və İsrail Azərbaycanın əsas neft idxalçılarıdır.