Azərbaycan 676 min dollarlıq ipək ixrac edib

Azərbaycan 676 min dollarlıq ipək ixrac edib
02 Aprel-13:12

Azərbaycan bu ilin yanvar-fevral aylarında 676.60 min dollar dəyərində ipək ixrac edib.

“Margin.az” Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ölkənin ipək ixracından qazancı ötən ilin müvafiq dövrü ilə müqayisədə  5.30% və ya 34.1 min dollar artıb.

Hesabata əsasən, Azərbaycan ötən il 642.50 dollarlıq ipək ixrac edib.

Əlavə edək ki, eyni dövrdə ipək idxalı isə 2.41 min dollar dəyərində olub.