Azərbaycan 83 mln. dollarlıq fındıq satıb

Azərbaycan 83 mln. dollarlıq fındıq satıb
24 Noyabr-17:44

Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 83,2 milyon dollar dəyərində 15,7 min ton fındıq ixrac edilib.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin fındıq ixracından qazancı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6% artıb.

Əlavə edək ki, bu dövrdə Azərbaycanın qeyri-neft sektorunda fındıq ixracının payı 3.49% təşkil edib.