Azərbaycan 88.6 milyon dollarlıq mebel idxal edib

Azərbaycan 88.6 milyon dollarlıq mebel idxal edib
23 Noyabr-17:38

Azərbaycana bu ilin yanvar-oktyabr aylarında 88,6 milyon ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 12,7% artıb.

Əlavə edək ki, bu ilin ilk 10 ayında bu kateqoriyadan olan məhsulların ölkənin ümumi idxalında xüsusi çəkisi 0,77% təşkil edib.