Azərbaycan avtomobil idxalına 935 mln. dollardan çox xərcləyib

Azərbaycan avtomobil idxalına 935 mln. dollardan çox xərcləyib
28 Yanvar-15:24

Azərbaycan ötən il 935 milyon 225 min ABŞ dolları dəyərində 91 min 194 ədəd avtomobil idxal edib.

“Margin.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il Azərbaycanın avtomobil idxalına çəkdiyi xərc 2020-ci illə müqayisədə 30% artıb.

Əlavə edək ki, 2020-ci ildə ölkəyə 53 min 729 ədəd avtomobil idxal edilib.