Azərbaycan bu ilin yanvar-fevral aylarında 13 939 ədəd avtomobil idxal edilib. Ölkəyə gətirilən avtomobillərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisdə 2 794 ədəd azalıb.
"Margin.az" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, həcmin azalmasına baxmayaraq, avtomobil idxalına çəkilən xərc illik müqayisədə 58,9% artıb.
Hesabat dövründə avtomobil idxalına çəkilən xərc 199,3 milyon dollar dəyərində olub.