Azərbaycan bankları kreditləri ortalama neçə faizlə verirlər?

Azərbaycan bankları kreditləri ortalama neçə faizlə verirlər?
10 Oktyabr-10:57

Azərbaycanda verilmiş kreditlər üzrə orta faiz dərəcəsi açıqlanıb.

"Margin.az" Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin 1 sentyabr tarixinə olan hesabatına istinadən xəbər verir ki, manatla verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 17.16% təşkil edib.

Bu da illik müqayisədə 0.68% az, cari ilin avqustun 1-i ilə müqayisədə isə 0.49% çoxdur.

Hesabata dövründə dollarla verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 5.07% olub. Bu göstərici illik müqayisədə 0.52%, avqustun 1-inə olan göstərici ilə müqayisədə isə 0.99% artıb.