Azərbaycan bankları bu ilin yanvar-may aylarında kreditlər üzrə 852,8 milyon manat faiz gəlirləri əldə edib.
“Margin.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 187,8 milyon manat və ya 28,2% çoxdur.
- Azərbaycanın bank sektorunun aktivləri 41 mlrd. manatı ötüb
-
Azərbaycanın bank sektorunun mənfəəti 21% artıb
Hesabat dövründə, Azərbaycan bankları depozitlər üzrə 169,8 milyon manat faiz ödəyiblər. Bu da ötən yanvar-may ayları ilə müqayisədə 28,1 milyon manat və ya 19,8% çoxdur.