Azərbaycan əhalisinin gəlirləri 0,7% artıb

Azərbaycan əhalisinin gəlirləri 0,7% artıb
14 Sentyabr-18:39

Azərbaycan əhalisinin nominal gəlirləri bu ilin yanvar-avqust aylarında 37 170,4 milyon manat təşkil edib.

"Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 0,7% artaraq 3 712 manata yüksəlib.