Azərbaycan Gürcüstandan 269 ton şaftalı idxal edib

Azərbaycan Gürcüstandan 269 ton şaftalı idxal edib
19 İyul-17:00

Bu ilin mayın 1-dən iyulun 18-nə qədər Gürcüstan 15,1 min ton şaftalı və nektarin (illik müqayisədə 67% çox) ixrac edib.

"Margin.az" xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayımlayıb. Məlumata görə, məhsulun ümumi dəyəri 13,3 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə ixrac Rusiya (9 378 ton) və Ermənistana (4 757 ton) yönəlib.

Azərbaycanın Gürcüstandan idxal etdiyi şaftalı və nektarinin həcmi isə 269 tona bərabər olub.