Azərbaycan Hindistana neft satışını 3 dəfə artırıb

Azərbaycan Hindistana neft satışını 3 dəfə artırıb
18 Avqust-17:35

Azərbaycan bu ilin yanvar-iyul aylarında Hindistana 1 milyard dollar dəyərində 1,2 milyon ton neft ixrac edib.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 3 dəfə və ya 97%, həcm baxımından isə 46,2% çoxdur.

Məlumata görə, hesabat dövründə Hindistan Azərbaycandan neft alışına görə ikinci yerdə olub.