Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsi bu ilin yanvar-fevral aylarında 334,1 milyon ABŞ dolları təşkil edib.
"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü müqayisədə 26,3% və ya 69,7 milyon dollar çoxdur.
Hesabat dövründə Azərbaycan İsrailə ixracından 331,9 milyon dollar qazanıb ki, bu da illik müqayisədə 27,7% çoxdur.