Azərbaycan İnvestisiya Şirkəti sahibkarlar üçün layihələrlə bağlı müraciəti asanlaşdırıb

Azərbaycan İnvestisiya Şirkəti sahibkarlar üçün layihələrlə bağlı müraciəti asanlaşdırıb
13 Sentyabr-15:50

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) sahibkarlar üçün layihələrlə bağlı müraciət prosedurunu daha da asanlaşdırıb.

“Margin.az” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Belə ki, AİŞ-in rəsmi internet səhifəsində sahibkar tərəfindən layihə müraciəti forması üçün əlavə bölüm istifadəyə verilib.

Sahibkar yeni bölməyə daxil olaraq layihəyə dair əsas sualları cavablandıra, eləcə də biznes planı elektron müraciət forması vasitəsi ilə sürətli şəkildə yükləyə bilər. Qeyd olunan məlumatlar AİŞ tərəfindən dəyərləndirilir və növbəti mərhələdə sahibkarla əlaqə saxlanılır.

Fəaliyyətində innovativ üsulların tətbiqini, yerli və xarici investorlar, habelə sahibkarlarla əlaqələrin davamlı inkişafını prioritetlərdən hesab edən AİŞ gələcəkdə də bu sahədə təkmilləşdirmə işlərini davam etdirməyi hədəfləyir.