Azərbaycanda ötən il 133,8 milyard manatlıq və yaxud 2021-ci illə müqayisədə 4,6% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
"Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7% azalıb, qeyri neft-qaz sektorunda isə 9,1% artıb.
-
"Fitch Solutions": Azərbaycan iqtisadiyyatının artım bu il 10 illik tarixi orta göstəricidən yüksək olacaq
-
Dünya Bankı: "Azərbaycan iqtisadiyyatı 3%-dək böyüyəcək"
ÜDM istehsalının 51,1%-i sənaye, 8,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6%-i nəqliyyat və anbar təsərrüfatı, 4,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8%-i tikinti, 1,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,4%-i informasiya və rabitə sahələrinin, 14,7%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,4%-ni təşkil edib.
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 43,4% artaraq 13 292 manat olub.