Azərbaycan iqtisadiyyatı İrandan daha çox böyüyəcək

İran iqtisadiyyatı bu il 2.5% böyüyəcək ki, bu da Azərbaycanla müqayisədə 0.5% azdır.
Azərbaycan iqtisadiyyatı İrandan daha çox böyüyəcək
13 Oktyabr-11:07

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı 3% artacaq. Ölkə iqtisadiyyatının gələn il 2,3% böyüyəcəyi gözlənilir.

"Margin.az" xəbər verir ki, bu barədə fondun "World Economıc Outlook" hesabatının oktyabr buraxılışında qeyd olunub.

Hesabata görə, İran iqtisadiyyatı bu il 2.5% böyüyəcək ki, bu da Azərbaycanla müqayisədə 0.5% azdır.

BVF İran iqtisadiyyatının gələn il isə 2% böyüyəcəyini proqnozlaşdırır. Bu göstərici, Azərbaycana nisbətən 0.3% aşağıdır.