Azərbaycan manatının dövretmə sürəti bu ilin yanvar ayında 4,02 bənd təşkil edib.
"Margin.az" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin dekabr ayı ilə müqayisədə 0,51 faiz bəndi azdır.
Əlavə edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının sonunda (2,68 bənd) qeydə alınıb.