Azərbaycan Mədəni Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak edir

Azərbaycan Mədəni Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak edir
17 Sentyabr-10:53

Azərbaycan MDB üzvü olan ölkələrin Mədəni Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak edir.

"Margin.az" Türkmənistan mətbuatına istinadən xəbər verir ki, Minskdə keçirilən tədbirdə 2023-cü ildə rus dilinin millətlərarası ünsiyyət dili elan edilməsi məsələsi müzakirə olunur.

Bundan əlavə, Türkmənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Özbəkistan və MDB İcraiyyə Komitəsindən olan mütəxəssislər Mədəni İrs Yerlərinin Qorunması haqqında Konvensiya layihəsini, həmçinin "Birliyin Qiymətli Boyunbağı" beynəlxalq layihəsinin həyata keçirilməsi təşəbbüsünü nəzərdən keçirəcəklər.