Azərbaycan Mərkəzi Bankı 1 milyon manatlıq lisenziya alır

Azərbaycan Mərkəzi Bankı 1 milyon manatlıq lisenziya alır
26 May-18:51

Azərbaycan Respublikasının Mərkəzi Bankı "B and B Security Alliance Limited" MMC ilə müqavilə bağlayıb.

"Margin.az" xəbər verir ki, müqavilədə Azərbaycan Respublikasının Mərkəzi Bankında istifadə olunan informasiya təhlükəsizliyi sistemlərinin lisenziyalarının 1 il müddətinə uzadılması və dəstəklənməsi xidmətinin satınalınması nəzərdə tutulur.

Məlumata görə, müqavilənin dəyəri isə 1.24 milyon manatdır.