Azərbaycan ötən ay mobil internetin sürətinə görə 140 ölkə arasında 39,46 MB/S sürətlə 54-cü yerdə qərarlaşıb.
"Margin.az" bu barədə "Speedtest Global Index"ə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan bu ilin yanvar ayına nisbətən 3 pillə irəliləyib. Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 178,21 MB/S) tutub.
Azərbaycan ötən ay sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 118-ci yerdə qərarlaşıb. Hesabat dövründə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 27,84 MB/S olub.