Azərbaycan neft bitumu ixracını azaldıb

Azərbaycan neft bitumu ixracını azaldıb
24 Noyabr-16:16

Azərbaycan bu ilin yanvar-oktyabr ayları ərzində 88.9 min ton neft bitumu ixrac edib.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1.7 dəfə və ya 41.3% azdır.

Məlumata görə, bu dövrdə Azərbaycan neft bitumu ixracından 25.4 milyon dollar qazanıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.2% azalıb.