Azərbaycan neftinin büdcə qiyməti artırıla bilər

Azərbaycan neftinin büdcə qiyməti artırıla bilər
17 Mart-17:27

"Azərbaycan hökuməti bu il neftin dövlət büdcəsində nəzərdə tutulmuş qiymətinin artırılmasını istisna etmir.

"Margin.az" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib:

"Bu il biz neftin büdcə qiymətini 50 dollardan götürmüşük, amma may ayında bu qiymətdə artım ola bilər. Gözləntilərimiz yüksəkdir".