Azərbaycan OPEC kvotasını 78% istifadə edib

Azərbaycan OPEC kvotasını 78% istifadə edib
17 Mart-10:50

Azərbaycanda bu ilin fevral ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 648 min barel olub.

“Margin.az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 531 min barelini xam neft, 117 min barelini isə kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 77,6% istifadə edib. 

Əlavə edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.