Azərbaycan Ordusunun Füzuli və Xocavənddəki mövqeləri atəşə tutuldu

Azərbaycan Ordusunun Füzuli və Xocavənddəki mövqeləri atəşə tutuldu
21 Noyabr-16:36

Noyabrın 21-i saat 10:00-dan saat 14:25-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Bu barədə "Margin.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.