Azərbaycan Polşa ilə Orta Dəhlizin inkişafını müzakirə edib

Azərbaycan Polşa ilə Orta Dəhlizin inkişafını müzakirə edib
18 Fevral-11:10

Azərbaycan Polşa ilə Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) inkişafını və aviasiya sahəsinə dair fikir mübadiləsi aparıb, potensial imkanları nəzərdən keçirib.

"Margin.az" xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "Twitter" hesabında yazıb.

R. Nəbiyev Azərbaycanda səfərdə olan Polşanın iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviak ilə görüşüb.

“Görüşdə Azərbaycan və Polşa arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik”, - nazir qeyd edib.