Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri başa çatıb

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri başa çatıb
22 İyun-16:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iyunun 22-də başa çatıb.

“Margin.az” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev yola salıb.