Azərbaycan Rumıniya şirkətlərini işğaldan azad edilmiş ərazilərdə əməkdaşlığa dəvət edib

Azərbaycan Rumıniya şirkətlərini işğaldan azad edilmiş ərazilərdə əməkdaşlığa dəvət edib
23 İyun-13:17

“Bu gün Azərbaycanda əsas prioritet işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsidir”.

“Margin.az” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini İlhamə Qədimova Azərbaycan-Rumıniya hökumətlərarası Komissiyanın 6-cı iclasında çıxışı zamanı deyib.

O, Rumıniya şirkətlərinin ən müasir və innovativ texnologiyala sahib olduğunu diqqətə çatdırıb və işğaldan azad edilmiş ərazilərdə əməkdaşlığa dəvət edib.

Nazir müavinin sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı sektoru olduqca cəlbedicidir. Belə ki, bu sektor bütün növ vergilərdən azad olunub və müxtəlif subsidiyalarla əhatə edilir.

İlhamə Qədimova həmçinin hər il Azərbaycanda keçirilən kənd təsərrüfatı sərgilərindən geniş danışıb. O, Rumıniya şirkətlərini bu sərgilərdə öz məhsullarını təqdim etməyə və yaxından iştirak etməyə çağırıb.