Azərbaycan Rumıniyaya 125 mln. dollar investisiya yatırıb

Azərbaycan Rumıniyaya 125 mln. dollar investisiya yatırıb
23 İyun-12:37

“Azərbaycan şirkətləri bu günə qədər Rumıniyaya 125 milyon dollar investisiya yatırıb”.

“Margin.az”  xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın 6-cı iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rumıniya şirkətləri isə bu müddət ərzində Azərbaycana 30 milyon dollar investisiya qoyub.