Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başa çatıb- YENİLƏNİB

Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başa çatıb- YENİLƏNİB
13 Oktyabr-13:50

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill və Bütün ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş başa çatıb.

***

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında görüş başlayıb.  

“Margin.az” xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə təşkil edən görüş patriarxın Danilov iqamətgahında keçirilir.

 Görüş mətbuatın iştirakı olmadan baş tutur.