Azərbaycan sənaye istehsalı azaldı

Azərbaycan sənaye istehsalı azaldı
20 Fevral-18:42

Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar ötən ay 6,5 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% az sənaye məhsulu istehsal edib.

Bu barədə "Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Neft-qaz sektorunda məhsul istehsalı 4,9% azalıb, qeyri neft-qaz sektorunda isə 2% artıbdır. Sənaye məhsulunun 74,1%-i mədənçıxarma, 20,5%-i emal, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunubdur.

Sənayedə qeyri-dövlət sektorunun payı 87,4% olubdur. Ümumi istehsalın 93,2%-i sənaye məhsullarının istehsalı, 6,8%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıbdır.