Azərbaycan Türkiyəyə 20 mlrd. dollardan çox sərmayə qoyub

Azərbaycan Türkiyəyə  20 mlrd. dollardan çox sərmayə qoyub
22 Sentyabr-11:07

"Türkiyənin Azərbaycana qoyduğu investisiyanın həcmi 12 milyard dolları ötüb. Azərbaycanın Türkiyəyə yatırdığı sərmayə isə 20 milyard dollardan çoxdur".

"Margin.az" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib.

"İki ölkə arasında ticarət həcmi 5 milyard dollar təşkil edib. Bunun 15 milyon dollara çatdırılmasına töhfə verəcəyimizə səmimi qəlbdən inanıram"- , nazir bildirib.

Onun sözlərinə görə, Türkiyəyə müalicə üçün gedənlər üçün xüsusi portal da istifadəyə verilib.