Azərbaycan Türkiyəyə 118 mln. dollarlıq neft ixrac edib

Azərbaycan Türkiyəyə 118 mln. dollarlıq neft ixrac edib
25 İyun-15:32

Azərbaycandan bu ilin yanvar-may aylarında Türkiyəyə 118,9 milyon ABŞ dolları məbləğində 216,5 min ton neft və neft məhsulları ixrac edilib.

“Margin.az” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 milyon dollar çoxdur.

Əlavə edək ki, bu ilin ilk 5 ayı ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard 453 milyon 346 min ABŞ dolları təşkil edib.