Azərbaycan tütün idxalına 63 mln. dollar xərcləyib

Azərbaycan tütün idxalına 63 mln. dollar xərcləyib
22 Sentyabr-14:52

Azərbaycana bu ilin yanvar-avqust aylarında 63.1 milyon dollar dəyərində tütün idxal edilib. 

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın tütün idxalına çəkdiyi xərc ötən ilin müvafiq dövrü ilə müqayisədə 1% və ya 63.9 min dollar çoxdur.

Hesabat dövründə tütün idxalının ölkənin ümumi idxalında payı 0,71% təşkil edib.

Əlavə edək ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycan 62,5 milyon dollar dəyərində tütün idxal edib.