Azərbaycan və Belarus işgüzar dairələrinin ikitərəfli görüşü keçirilib

Azərbaycan və Belarus işgüzar dairələrinin ikitərəfli görüşü keçirilib
18 Avqust-16:20

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan və Belarus işgüzar dairələrinin ikitərəfli görüşü keçirilib.

Bu barədə "Margin.az" AZPROMO-ya istinadən xəbər verir.

Məlumata görə, tədbirdə hər iki ölkənin meşə təsərrüfatı, tikinti materialları və mebel istehsalı ilə məşğul olan 20-dən çox şirkətin nümayəndələri iştirak edib.

AZPROMO-nun müşaviri Tural Hacılı ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, hər iki ölkənin iş adamları arasında əlaqələrin genişlənləndirilməsinin əhəmiyyətindən, Azərbaycanın Belarusdakı Ticarət Evinin uğurlu fəaliyyətindən danışıb, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Belarusun Azərbaycandakı müvəqqəti işlər vəkili Vladimir Çuşev ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artdığını, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın mövcudluğunu, işgüzar görüşlərin əlaqələrin inkişafına töhfə verdiyini diqqətə çatdırıb, Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka marağını vurğulayıb.

Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının genişləndiriılməsi, biznes dairələri arasında əlaqələrin inkişafı istiqamətləri barədə fikir mübadiləsi aparılıb, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.