Azərbaycan və Britaniya arasında ticarət dövriyyəsi 2 dəfə artdı

Azərbaycan və Britaniya arasında ticarət dövriyyəsi 2 dəfə artdı
22 Sentyabr-18:03

Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 936 milyon 451 min dollar dəyərində olub.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə və ya 94.9% çoxdur.

Hesabat dövründə Azərbaycandan Böyük Britaniyaya 774 milyon 850 min dollarlıq mal ixrac edilib. Bu ölkədən idxal isə 161,6 milyon dollar dəyərində olub.