Azərbaycan və İran Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və İran Xarici İşlər nazirləri arasında telefon danışığı olub
20 İyul-17:52

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında bu gün telefon danışığı baş tutub.

"Margin.az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birlərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əminamanlıq və tərəqqi arzu ediblər.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.