Azərbaycan və Pakistan arasında sosial sahədə əməkdaşlıq genişlənir

Azərbaycan və Pakistan arasında sosial sahədə əməkdaşlıq genişlənir
21 Sentyabr-11:22

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turi arasında videokonfrans formatında görüş olub.

Nazirlikdən "Margin.az" bildirilib ki, Sahil Babayev Azərbaycan və Pakistan dövlət başçılarının siyasi iradəsi və səyləri ilə iki ölkə arasında əlaqələrin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

O, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə aparılan geniş miqyaslı sosial islahatlar barədə ətraflı danışıb. DOST mərkəzləri, həmçinin xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.

Nazir iki ölkə arasında bir çox sahələrdə, o cümlədən əmək və məşğulluq sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadiləsinin həyata keçirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.

O, bu ilin may ayında imzalanmış "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Pakistan İslam Respublikasının Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini diqqətə çatdırıb.