Azərbaycan və Qırğızıstan qarşılıqlı investisiya qoyuluşunu artıra bilər

Azərbaycan və Qırğızıstan qarşılıqlı investisiya qoyuluşunu artıra bilər
21 Noyabr-19:12

Azərbaycan və Qırğızıstanın biznes dairələri arasında əlaqələrin və qarşılıqlı investisiya qoyuşununun artırılması müzakirə edilib.

"Margin.az" bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Yusif Abdullayev Qırğızıstan Prezidenti yanında Milli İnvestisiya Agentliyinin direktoru Umbriel Temiraliyevlə görüş keçirib. Görüşdə Y.Abdullayev Agentliyin fəaliyyəti və hədəfləri, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, həyata keçirilən layihələr barədə məlumat verib, iki qurum arasında əməkdaşlığın inkişafı imkanlarını diqqətə çatdırıb.