Azərbaycan və Türkiyə arasında kibertəhlükəsizlik məsələləri müzakirə olunub

Azərbaycan və Türkiyə arasında kibertəhlükəsizlik məsələləri müzakirə olunub
11 İyun-16:55

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koçla görüş keçirib.

“Margin.az” Nazirliyə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında kibertəhlükəsizlik, “Hökumət buludu” və insan kapitalının inkişafı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının bu il ilk dəfə Türkiyədən kənarda məhz Azərbaycanda keçirilməsi ölkələrimiz arasında mövcud olan tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin növbəti uğurlu nümunəsi kimi dəyərləndirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın festivalda iştirak etmələri və müsabiqələrin qaliblərini şəxsən mükafatlandırmaları “TEKNOFEST Azərbaycan” tədbirinə, eləcə də gənclərin texnologiya sahəsində fəaliyyətinə ən yüksək səviyyədə dəstəyin göstəricisidir.