Azərbaycan və Türkiyə KOB-ları əlaqələndirilməsi üçün fikir mübadiləsi aparılıb

Azərbaycan və Türkiyə KOB-ları əlaqələndirilməsi üçün fikir mübadiləsi aparılıb
06 Oktyabr-16:45

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türk Girişim və İş Dünyası Konfederasiyasının İdarə Heyətinin sədri Süleyman Sönmezlə görüşüb.

"Margin.az" xəbər verir ki, bu barədə O. Məmmədov özünün "Twitter" hesabında yazıb.

Görüşdə Azərbaycan və Türkiyə KOB-larının əlaqələndirilməsi üçün birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.