Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb
22 İyun-22:58

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
"Margin.az" bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Nazirlər ikitərəfli gündəliyin aktual məsələləri, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin cari regional vəziyyəti müzakirə ediblər, bölgədə sülhün təmin edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.