Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı azaldı

Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı azaldı
17 Yanvar-16:35

Azərbaycan vətəndaşları 2022-ci ildə Türkiyədən 1 330 mənzil alıblar.

"Margin.az" Türkiyə Statistika Qurumuna istinadən xəbər verir ki, bununla da Azərbaycan bu siyahıda 8-ci yerdə qərarlaşıb.

Məlumata görə, ötən il azərbaycanlıların Türkiyədən mənzil alışı 2021-ci illə (1 517) müqayisədə azalıb.

Əlavə edək ki, Türkiyədən ən çox Rusiya vətəndaşları mənzil alıblar. Belə ki, il ərzində ruslar bu ölkədə 68 210 mənzil alıblar.