Azərbaycan xalis maliyyə öhdəliklərini 110 mln. dollardan çox artırıb

Azərbaycan xalis maliyyə öhdəliklərini 110 mln. dollardan çox artırıb
14 Sentyabr-12:12

Azərbaycan xalis maliyyə öhdəliklərini bu ilin birinci yarısında 117,1 milyon ABŞ dolları artırıb.

"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, artımı Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların 2 635,7 milyon dollar artması (25,1% çox), cəlb olunmuş investisiyaların repatriasiyası 2 559,1 milyon dollar azalması (37,8% çox), neft bonusunun 452,1 milyon dollar artması (0,1% çox), portfel investisiyaları 0,6 milyon dollar artması (əvvəlki il azalma olub), digər investisiyaların 412,2 milyon dollar azalması (45,8% az) təmin edib.