Azərbaycan xaricdən 1 milyon dollarlıq avtobus alıb

Azərbaycan xaricdən 1 milyon dollarlıq avtobus alıb
21 Mart-16:02

Azərbaycana 2023-cü ilin yanvar ayında 6 458 ədəd minik avtomobili, 376 ədəd yük avtomobili, 20 ədəd avtobus idxal olunub.

"Margin.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, yanvar ayında Azərbaycana ümumilikdə 1 milyon 2.7 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15% çoxdur.

Statistik məlumatlara əsasən, hesabat dövründə ölkəyə ümumilikdə gətirilən avtobuslarda artım 36.4% olub.