Azərbaycana 2 mlrd. manatdan çox investisiya yatırılıb

Azərbaycana 2 mlrd. manatdan çox investisiya yatırılıb
14 Sentyabr-18:02

Xarici müəssisə və təşkilatlar bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 2 milyard 924,4 milyon manat vəsait yönəldiblər.

“Margin.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% azdır.

Məlumata görə bu ilin ilk 8 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 732 milyon manatı (93,4 %-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.