Azərbaycana hibrid avtomobillərin idxalı artıb

Azərbaycana hibrid avtomobillərin idxalı artıb
25 İyun-11:34

Azərbaycana bu ilin yanvar-may aylarında 47 milyon 017 min dollar dəyərində 5 082 ədəd hibrid avtomobil idxal edilib.

“Margin.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 363 ədəd və ya 24 453 min dollar çoxdur.

Əlavə edək ki, ötən il ölkəyə 3 719 ədəd hibrid avtomobil gətirilib.