Azərbaycana bu ilin yanvar-may aylarında tütün idxalı 29 milyon 846 min dollar təşkil edib.
"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, tütün idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,47% azalıb.
Hesabat dövründə tütün idxalının xüsusi çəkisi ölkənin ümumi idxalında 0,58% təşkil edib.
Əlavə edək ki, ötən il Azərbaycan 41 milyon 330 min dollar məbləğində tütün alıb.